Xidmət Nişanı

müəssisənin müxtəlif xidmətləri həyata keçirdiyi, müvafiq qaydada qeydiyyatdan keçirilmiş fərdi fəaliyyət nişanıdır.
Xidmət
Xidmət Norması
OBASTAN VİKİ
Döş nişanı
Döş nişanı (ing. badge, rus. нагрудный знак) — Hansısa bir qurumu (şirkəti, təşkilatı, qruplaşmanı) təmsil edən və ya mükafat məqsədilə verilən və xüsusuən yaxaya taxılan əşya.
Hollivud nişanı
"Hollivud" yazısı (ing. Hollywood Sign və ya keçmiş adı ilə ing. Hollywoodland Sign) — ABŞ-nın Kaliforniya ştatında, Santa-Monika dağlarının Maunt-Li zirvəsinin ətəyindəki yazı. Amerikan mədəniyyətinin simvoludur. Maunt-Li dağının ətəyindəki bu yazı 1923-cü il iyulun 13-də peyda olmuşdur. Həmin vaxt belə yazılmışdır: "HOLLYWOODLAND". Əvvəlcə bu yazının kino ilə heç bir əlaqəsi yox idi. Belə ki, o yeni yaşayış rayonunun reklamı idi. Amma bu reklam dərhal turistləri özünə cəlb etməyə başladı. Yazının ora yerləşdirilməsi sifarişçiyə, "Los-Anceles Tayms"ın naşiri Harri Çandlerə 21 min dollara başa gəlmişdir.
Razılıq nişanı
Punktasiya nişanını ✓ ("Razılıq nişanı") biz düzgün olan cavabları qeyd etməyə və razılığımızı bildirmək üçün istifadəyə adət etmişik. Lakin İsveç, Norveç, Finlandiya, Puerto-Riko və Yaponiyada bu əks məna verir. Misal üçün, isveç məktəblərində səhv cavablara quş qoyurlar, düzgün cavabları isə "R" ("Rätt" isveçcədən tərcümədə "Düzgün") hərfi ilə markalayırlar. Fin dilində ✓ "väärin" ifadə edir, yəni "doğru deyil". "Düzgün" cavab isə ⋅ / ⋅ {\displaystyle \cdot \!/\!\cdot } (maili şaquli xətt və hər iki tərəfində nöqtə) nişanı ilə işarə olunur.
İndeks nişanı
İndeks nişanı (ing. index mark ~ ru. индексная метка ~ tr. indeks işareti) – mikrofişlərdə (MICROFICHE) mövqeyi göstərən işarə, adətən, xətt və ya ştrix. Adətən, proqram vasitəsilə formatlanan disklərdə: formatlama zamanı qoyulan və hər bir cığırın məntiqi başlanğıcını qeyd edən maqnit indikatoru (ünvan nişanı da adlandırılır). İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Əmtəə nişanı
Əmtəə nişanı – hüquqi cəhətdən qorunan firma adı, firma nişanı, əmtəə nümunəsi və ya onların əlaqələndirilməsidir, başqa sözlə müəyyən firmanın əmtəələrinin digər firmanın məlumatlarından fərqləndirmək üçün xidmət göstərən müəyyən edilmiş qaydada qeydiyyatdan keçən nişandır (işarədir, əlamətdir). Əmtəə nişanı – sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşması. Ticarət markasını (bəzən onu firma nişanı adlandırırlar) – malın (əmtəənin) hazırlayanı göstərən, məhsulu onu hazırlayanla və satıcısı ilə eyniləşdirən simvol işarəsi (nişanı), müəssisələrin adı, termin, şəkil, emblem və s. Bu zaman buraxılan məhsula yox, onu buraxan firmaya aid olan ticarət adını fərqləndirmək olar. Əmtəə nişanı geraldika işarələrini, coğrafi adları və s. ehtiva etmir, çünki onlar müstəsna mülkiyyət obyekti ola bilməzlər. Əmtəə nişanında istifadə hüquqlarına aiddir: o, hallanmır (təsir altına düşmür). Həmişə mətndə eyni üsulla fərqləndirilir (böyük hərflə, dırnaq işarəsi ilə, kursivlə, üslublaşmış şriftlə və s.); qeydiyyatdan keçmiş əmtəə nişanı xüsusi nişanla C (kopirayt) təchiz olunur (əmtəənin, yaxud malın olduğu ölkədə qəbul edilən). Əmtəə nişanının sahibi eyni məhsul və xidmətlər üçün əmtəə nişanından və onun variantlarından istifadə edilməsi üçün müstəsna hüquqa malikdir. Əmtəə nişanı istehsalçıya bir hüquqi və ya fiziki şəxs tərəfindən təklif edilən əmtəə və xidmətlərin digər şəxslərin yekcins əmtəə və xidmətlərin fərqlənməsinə imkan verir, onların dəyərinə təsir edir, rəqabət qabiliyyətinin yüksəldilməsinə səbəb olur.
ASAN xidmət
"ASAN xidmət" — Azərbaycan Respublikasında dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən mərkəzlər. ASAN sözünün açılışı ingiliscə "Azerbaijan Service and Assessment Network"dür (azərb. Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi‎). "ASAN xidmət" Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tabedir. İlk "ASAN xidmət" mərkəzi 2013-cü ildə fəaliyyətə başlayıb. Hal-hazırda 27 mərkəz fəaliyyət göstərir. Onlardan 7-si Bakıda, iyirmisi isə Azərbaycanın bölgələrindədir. "ASAN xidmət"ə indiyə qədər 70 milyondan çox müraciət edilib. Xidmətlərin göstərilməsində könüllülər də cəlb olunur. "ASAN xidmət" mərkəzlərində müxtəlif dövlət orqanlarının vətəndaşlara göstərdiyi xidmətlərdən başqa funksional yardımçı xidmətlər də təklif olunur.
Hərbi xidmət
Hərbi xidmət Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmət keçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin, habelə xüsusi birləşmələrin hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Xidmətin Əsasnaməsini və normativ hüquqi aktlarını rəhbər tutur.
Meteoroloji xidmət
Meteoroloji xidmət – iqlimin vəziyyətinin təbii, süni və ya antropogen dəyişməsinə nəzarət xidməti. Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə həvalə olunmuşdur. Düşmənə iqtisadi zərər yetirmək və onun hərbi əməliyyatlarını çətinləşdirmək məqsədilə atmosfer hadisələrinə fəal təsir göstərmək üsullarının məcmusu (yağmurlu rayonların su rejimini dəyişdirmək, daşqınlar, tufan, qasırğa törətmək, yolları keçilməz hala salmaq, azyağmurlu rayonlarda uzun sürən quraqlıq törətmək və s.).
Məxfi xidmət
Məxfi xidmət və ya Gizli xidmət kəşfiyyat agentlikləri üçün istifadə olunan tərifdir. Bunlar dövlətlər tərəfindən məlumat almaq, məlumat toplamaq və qiymətləndirmək, toplanmış məlumatların operativ istifadəsi məqsədilə yaradılan təşkilatlardır və gizli iş prinsiplərinə görə çox vaxt “gizli xidmətlər” və ya “məxfi xidmətlər” adlandırılırlar. CIA, KGB, MI6, MOSSAD, Stasi, Əl Mühabərat gizli xidmətlərə misaldır. Türkiyədəki gizli xidmət MAH adı ilə qurulmuş, ümumiyyətlə Milli Təhlükəsizlik şəklində xatırlanmışdır.
Texniki xidmət
Texniki xidmət (ing. maintenance, ru.сопровождение, поддержка, эксплуатация, техническое обслуживание)-proqram təminatının istismara verilməsindən sonra təkmilləşdirilməsi, optimallaşdırılması və aşkarlanan xətaların aradan qaldırılması prosesi. Müşayiətin gedişində proqramda aşkarlanmış xətaları və çatışmazlıqları düzəltmək, eləcə də proqram təminatının istifadəsini daha əlverişli etmək məqsədilə ona yeni funksiyalar əlavə etmək üçün proqramlarda dəyişikliklər edilir. Texniki xidmət proqramları kompüterin düzgün işlənməsinə nəzarət etmək və nasazlıqları aşkar etmək üçündür. Kompüterin işinə nəzarət etmək üçün müxtəlif üsullar mövcuddur. Bu üsullardan bəziləri kompüterin aparat vasitələri ilə, bəziləri aparat proqram vasitələri ilə, bəziləri isə proqram vəsitələri həyata keçirilir. Proqramla nəzarət test proqramları və xüsusi nəzarət proqramları vasitəsilə həyata keçirilir. Testlə yoxlama kompüterin və onun ayrı-ayrı blokıarının işini yoxlayan test- proqramlar vasitəsilə yerinə yetirilir. Test proqramları adətən kompüterin daimi yaddaş qurğusunda saxlanılır və kompüter elektrik şəbəkəsinə qoşulduqda avtomatik olaraq işə düşülür. Xüsusi nəzarət proqramları kompüterdə məsələləsin həlli üçün tətbiq olunan proqramların icrası zamanı əvvəlcədən müəyyənləşdirilmiş vəziyyətlərin, asılılıqların və məhdudiyyətlərin ödənilib-ödənilməməsini yoxlayır.
Xidmət iqtisadiyyatı
Xidmətlərdə iqtisadiyyatı son iki iqtisadi hadisədən birinə və ya hər ikisinə aid edilə bilər: Sənayeləşmiş ölkələrdə xidmət sektorunun əhəmiyyətinin artması. Mövcud Fortune 500 siyahısında əvvəlki onilliklərə nisbətən daha çox xidmət şirkəti və daha az istehsalçı var. Məhsul təklifində xidmətin nisbi əhəmiyyəti. İnkişaf etməkdə olan ölkələrdə xidmət iqtisadiyyatı əsasən maliyyə xidmətləri, qonaqpərvərlik, pərakəndə satış, səhiyyə, sosial xidmətlər, informasiya texnologiyaları və təhsildə cəmlənmişdir. Bu gün məhsullar əvvəlki onilliklərə nisbətən daha yüksək bir xidmət hissəsinə malikdir. İdarəetmə ədəbiyyatında buna məhsul servisləşdirmə və ya məhsul xidmət sistemi deyilir. Bu gün demək olar ki, hər məhsulun bir xidmət hissəsi var. Məhsul və xidmət arasındakı köhnə ikitirəlik, xidmət məhsulu davamı ilə əvəz edilmişdir. Bir çox məhsul xidmətə çevrilir. Məsələn, IBM öz işinə bir xidmət işi kimi baxır.
Xidmət modulu
Xidmət modulu kosmik gəmiyə lazım olan yanacaq, mühərriklər üçün lazım olan helium, yanacaq hücrələri və astronavtlar üçün lazım olan oksigenin olduğu və s. şeyləri özündə saxlayan hissədir. Misal üçün; Apollo Spacecraftda Xidmət Modulunda bir mühərrik yerləşdirilmişdir. Bu mühərrik 2 dəfə işə düşərək birində Ayın orbitinə girilməsinə, digərində isə Ayın orbitindən çıxaraq Yerə qayıtmağa imkan yaratmışdır. Modulun qalan hissəsi anbarlardan ibarətdir. Bunlar; yanacaq ambarları, mühərriklərə lazımi təzyiqi təmin etmək üçün heliumun olduğu hücrələr, yanacaq hücrələrini işlədəcək və astronavtların nəfəs alması üçün lazım olan oksigenin olduğu anbarlar və hidrogen anbarlarıdır. Xidmət modulu atmosferə yenidən daxil olan zaman tərk edilir, buna görə də istilik dəf edicisi ilə örtülmür.
Xidmət səviyyəsi
Xidmət səviyyəsi (ing. grade of service; rus. уровень обслуживания) — kütləvi telefon şəbəkəsi kimi kollektiv istifadəli rabitə şəbəkələrində trafikin emalının keyfiyyət göstərici. Xidmət səviyyəsi, istifadəçinin "bütün kanallar tutulub" siqnalını alma ehtimalının birə tamamlanma əmsalıdır. Məsələn, xidmətin səviyyəsinin 0.002 olması onu göstərir ki, normal şəraitdə bütün çağırışların 99.8 faizində bağlantı alınır. Grandstream avadanlığının bazası əsasında Çağrı Mərkəzi üçün standart həllər. IP telefoniya həlli daxildir. Kütləvi zənglərin qəbulu üçün şəhər telefon şəbəkəsinə inteqrasiya olunmuş çoxxətli IP telefoniya sisteminin yaradılması.Biznes mərkəzində icarəçilərə rabitə xidmətinin təşkili məqsədilə IP telefoniya və IP video nəzarət sisteminin qurulması. Eyni zamanda daxil olan kütləvi zənglərin qəbulu və emalı üçün sistemin etibarlı fəaliyyətini təmin etmək. Çağrı Mərkəzində Kommunikasiyaların montaj xərclərini azaltmaq.
"Şərəf Nişanı" ordeni
"Şərəf nişanı" ordeni (rus. Орден «Знак Почёта») — 25 noyabr 1935-ci ildə təsis olunmuş SSRİ ordeni. Sərəncam SSRİ Mərkəzi İcraiyyə Komitəsinin 25 noyabr 1935-ci il tarixli qərarı ilə təsis edilib . Ordenin taxılması, lentin rəngi və təltif blokunda yerləşdirilməsi qaydaları SSRİ Ali Soveti Rəyasət Heyətinin “SSRİ orden və medalları üçün lentlərin nümunələrinin və təsvirlərinin təsdiq edilməsi haqqında” Fərmanı ilə təsdiq edilmişdir. və orden, medal, lent və fərqlənmə nişanlarının taxılması Qaydaları” 19 iyun 1943-cü il tarixli qərarı ilə qəbul olunub. 22 avqust 1988-ci ildə "Şərəf ordeni" adlandırıldı . 1991-ci ilə qədər təxminən 1 milyon 581 min "Şərəf nişanı" ordeni verilib. “Şərəf Nişanı” ordeni oval formaya malikdir , yanları palıd budaqları ilə haşiyələnmişdir. Onun mərkəzində “ Bütün ölkələrin zəhmətkeşləri, birləşin!” sözləri yazılmış plakatlar daşıyan fəhlə və fəhlə fiqurları var. " Ordenin yuxarı hissəsində beşguşəli ulduz var, onun altında pankartların fonunda “ SSRİ ” relyef yazısı var.
Dövlət nişanı (Türkiyə)
"Dövlət nişanı" — Türkiyə Respublikasının ən yüksək mükafatı 1988-ci ildə təsis edilmişdir. Türkiyə prezidenti tərəfindən təqdim edilən "Dövlət nişanı" dövlət başçısının tövsiyəsi əsasında Türkiyə Respublikası Nazirlər Kabinetinin qərarı ilə verilir. Bu mükafata xarici ölkələrin dövlət başçıları ölkələr arasında dostluq əlaqələrinin inkişafı və xalqların bir-biri ilə daha da yaxınlaşmasındakı xidmətlərinə görə layiq görülürlər.
Üç Ulduz Nişanı
Üç Ulduz Nişanı (Latış dili: Tiju Zvaigžņu ordenis)- Latviyada təsis edilən ordendir. 25 mart 1924-cü ildə Latviya Milli Məclisi tərəfindən təsis olunmuşdur. Devizi "Per aspera ad astra"dır ki, mənası "Çətinliklərdən keçib ulduzlara çatmaq" deməkdir. Orden Latviyada verilən ilk və ən yüksək dərəcəli ordendir. Böyük Komandan Xaçı (zəncirli) (1-ci dərəcəli) Böyük Komandan Xaçı (1-ci dərəcəli) Böyük Zabit (2-ci dərəcəli) Komandan (3-cü dərəcəli) Zabit (4-cü dərəcəli) Daşıyıcı (5-ci dərəcəli) Fəxri Orden, 1-ci dərəcəli Fəxri Orden, 2-ci dərəcəli Fəxri Orden, 3-cü dərəcəli Ordenin xaçı zərli kənarları olan ağ minadan təşkil olunmuş xaçdan ibarətdir. Xaçın ön tərəfinin mərkəzində mavi minadan təşkil olunmuş medalyon yerləşir. Medalyonun mərkəzində isə 3 ədəd qızıl beşguşəli ulduzu görmək olar. Əks tərəfində isə "Per aspera ad astra" və "Latvijas Republika — 1918.g.18. novembris" (Latviya Respublikası- 18 noyabr 1918) ifadələri yazılmışdır. Ulduz birinci və ikinci dərəcəli nişanlarda olur.
Şərəf Nişanı ordeni
"Şərəf nişanı" ordeni (rus. Орден «Знак Почёта») — 25 noyabr 1935-ci ildə təsis olunmuş SSRİ ordeni. Sərəncam SSRİ Mərkəzi İcraiyyə Komitəsinin 25 noyabr 1935-ci il tarixli qərarı ilə təsis edilib . Ordenin taxılması, lentin rəngi və təltif blokunda yerləşdirilməsi qaydaları SSRİ Ali Soveti Rəyasət Heyətinin “SSRİ orden və medalları üçün lentlərin nümunələrinin və təsvirlərinin təsdiq edilməsi haqqında” Fərmanı ilə təsdiq edilmişdir. və orden, medal, lent və fərqlənmə nişanlarının taxılması Qaydaları” 19 iyun 1943-cü il tarixli qərarı ilə qəbul olunub. 22 avqust 1988-ci ildə "Şərəf ordeni" adlandırıldı . 1991-ci ilə qədər təxminən 1 milyon 581 min "Şərəf nişanı" ordeni verilib. “Şərəf Nişanı” ordeni oval formaya malikdir , yanları palıd budaqları ilə haşiyələnmişdir. Onun mərkəzində “ Bütün ölkələrin zəhmətkeşləri, birləşin!” sözləri yazılmış plakatlar daşıyan fəhlə və fəhlə fiqurları var. " Ordenin yuxarı hissəsində beşguşəli ulduz var, onun altında pankartların fonunda “ SSRİ ” relyef yazısı var.
Hidrogeoloji-meliorativ xidmət
Hidrogeoloji-meliorativ xidmət – meliorasiya olunmuş torpaqların meliorativ vəziyyəti üzərində nəzarəti yerinə yetirən xidmətdir. Hidrogeoloji-meliorativ xidmət suvarılan regionlarda hidromeliorativ sistemlərin istismarı orqanlarının (təşkilatının) tərkib hissəsidir. Xidmətin əsas vəzifəsi meliorasiya olunmuş torpaqlarda dayanıqlı – qənaətbəxş su, hava, duz və qida rejimlərini təmin edən tədbirlərin əsaslandırılması və yerinə yetirilməsi üçün torpaqların meliorativ vəziyyəti üzərində nəzarəti həyata keçirməkdir. Torpaqların meliorativ vəziyyəti üzərində nəzarətin nəticələri aşağıdakı məsələlərin həlli üçün vacibdir: su və torpaq ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi, proqnoz məsələlərinin həlli, suvarma və drenaj sistemlərinin tikintisi və yenidənqurulması layihələrinin ekoloji əsaslandırılması və sair. 1981-ci ildən etibarən respublikanın suvarılan torpaqlarının meliorativ vəziyyətinin hərillik kadastrı tərtib edilir. Hidrogeoloji-melorativ xidmət idarəsi kadastrın və müvafiq xəritələrin tərtibi üçün öz müşahidələrindən əlavə, respublikanın digər layihə-axtarış və geoloji təşkilatlarının materiallarından da istifadə edir. Suvarılan torpaqların meliorativ vəziyyətinin əsas göstəriciləri kimi aşağıdakılar qəbul edilir: kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı; qrunt suları səviyyəsinin yatım dərinliyi; 0-1 m, 0-2 m-lik qatda torpaqqruntların şorlaşma dərəcəsi; aerasiya zonasında (qrunt suları səviyyəsinə qədər) ümumi duzların miqdarı və profil üzrə yayılma xarakteri; torpaqların şorlaşma və şorakətləşmə dərəcəsi; qrunt və suvarma sularının ümumi minerallığı, kimyəvi tərkibi və qələviliyi və s. Suvarılan torpaqların meliorativ vəziyyətinin göstəricələri bir neçə əvvəlki illərlə müqayisədə istiqaməti nəzərə alınaraq qiymətləndirilir. Hidrogeoloji-meliorativ xidmətin vəzifəsinə eləcə də meliorasiya olunan torpaqlarda su və duz balansları müşahidələrinin təşkili və aparılması aiddir. Hidrogeoloji-meliorativ xidmətin yerinə yetirdiyi işlərin tərkibi aşağıdakılardır: suvarılan torpaqların meliorativ vəziyyətini müəyyənləşdirən təbii və meliorativ təsərrüfat amilləri barədə məlumatların toplanılması və təhlili; meliorasiya olunan torpaqların su və duz balansları müşahidələri: meliorasiya olunmuş torpaqlarda qrunt suları rejimi üzərində müşahidələr; suvarma üçün istifadə olunan səth, drenaj və yeraltı suların keyfiyyətinə nəzarət; aparılan meliorativ tədbirlərin səmərəsinin müəyyənləşdirilməsi ilə təsnifatlaşdırılmış meyar və kateqoriyalara görə suvarılan torpaqların vəziyyəti; torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması və ya pisləşməsinin qarşısının alınması üzrə təklif və tədbirlərin işlənib hazırlanması; bitkilərin yerləşdirilməsinə, suvarma rejimlərinə və yumaların aparılmasına, meliorativ tədbirlərin aparılması planlarına, sudan istifadə planlarına və başqa işlərə operativ düzəlişlərin aparılması üçün su təsərrüfatı və digər təşkilatların lazımi məlumatlarla təmin edilməsi.
Kingsman: Məxfi xidmət
Kingsman: Məxfi xidmət (ing. Kingsman: The Secret Service) — 2014-cü il istehsalı döyüş-komediya filmi. Eqqsi dəniz piyadasında xidmət keçmiş, yüksək intellektə malik gəncdir. O həyatda çox şeyə nail ola bilərdi, lakin xırda cinayətlərlə məşğul idi. Günlərin birində Eqqsi atasının uzun illər əvvəl xilas etdiyi Harri Hartla tanış olur. Bu adam Eqqsinin güzəranını yaxşılaşdırmaq və qarşısında yeni imkanlar açmaq üçün gəlib. Harri ona bütün dünyanın keşiyini çəkən müstəqil sirli təşkilatın agenti olduğunu bildirir və Eqqsiyə komandanın yeni üzvü olmaq üçün təlim keçməyi təklif edir. Eqqsi təklifi qəbul edir və bütün sınaqlardan çıxıb Harrinin ümidlərini doğruldur.
Kinqsman: Məxfi xidmət
Kingsman: Məxfi xidmət (ing. Kingsman: The Secret Service) — 2014-cü il istehsalı döyüş-komediya filmi. Eqqsi dəniz piyadasında xidmət keçmiş, yüksək intellektə malik gəncdir. O həyatda çox şeyə nail ola bilərdi, lakin xırda cinayətlərlə məşğul idi. Günlərin birində Eqqsi atasının uzun illər əvvəl xilas etdiyi Harri Hartla tanış olur. Bu adam Eqqsinin güzəranını yaxşılaşdırmaq və qarşısında yeni imkanlar açmaq üçün gəlib. Harri ona bütün dünyanın keşiyini çəkən müstəqil sirli təşkilatın agenti olduğunu bildirir və Eqqsiyə komandanın yeni üzvü olmaq üçün təlim keçməyi təklif edir. Eqqsi təklifi qəbul edir və bütün sınaqlardan çıxıb Harrinin ümidlərini doğruldur.
Kütləvi xidmət sistemləri
Kütləvi xidmət sistemləri (Q-sxemləri) -Kəsilməz stoxastik yaxınlaşmada riyazi sxemlər kimi Q-sxemləri adlandırılan kütləvi xidmət sistemlərindən (Queuing system) istifadə edilir. Kütləvi xidmət sistemləri mahiyyətinə görə xidmət prosesi olan sistemlərin fəaliyyət proseslərini formalaşdırmaq üçün kütləvi xidmət nəzəriyyəsində və ona əlavələrdə işlənilmiş riyazi sxemlər sinifini təmsil edirlər. Xidmət prosesi kimi öz fiziki təbiətinə görə müxtəlif iqtisadi, istehsal, texniki və digər sistemlərin fəaliyyət proseslərini göstərmək olar. Bu zaman qeyd olunan obyektlər üçün xidmətə qəbul olunan sifarişlərin təsadüfi meydana gəlməsi və onların xidmətinin başa çatması təsadüfi zaman anlarında olması xarakterikdir. Başqa sözlə onların fəaliyyət prosesi stoxastik xarakter daşıyır .
Meksika Xidmət Medalı
Meksika Xidmət Medalı, 1911–1919 illəri arasında Meksikada xidmət vermərdikləri üçün Amerika ordusunun mükafatıdır. Ordu tərəfindən verilən Meksika Xidmət Medalı, Birləşmiş Ştatlar Müharibə Dairəsi Baş katibi tərəfindən 1917-ci ilin 12 Dekabrında quruldu. Donanmanın Meksika Xidmət Medalı, Dənizçilik Şöbəsi tərəfindən dəyişdirilmiş edilən 11 fevral 1918-də Dənizçilik Dairəsinin 365 nömrəli əmrlə baş katib tərəfindən quruldu. ABŞ Dənizçilik Dairəsi 1919-cu ilin 27 Aprelin 464 saylı Ümumi Əmri üzrə dəyişdirildi. Meksika Xidmət Medalı, 1911-ci ilin 12 Apreli və 16 iyun 1919-cu ilin 16 İyunu arasında Meksika qüvvətlərinə əsgərlik xidməti verən üzvləri tanıdı. Meksika Xidmət Medalı'na layiq görülməsi üçün, bir xidmət üzvündən, uyğunluq müddəti ərzində və aşağıdakı hərbi öhdələin birində hərbi vəzifə etmək istəndi. Verakruz Ekspedisiyası: 1914-cü ilin 21 Aprelindən 23 Noyabrına qədər. Meksikaya Cəzalandırıcı Səfər: 1916-cı ilin 14 Martından 1917-ci ilin 7 Fevralına qədər. Buena Vista, Meksika: 1917-ci ilin 1 Dekabrı San Bernardino Kanyonu, Meksika: 1917-ci ilin 26 Dekabrı. La Qrulla, Texas: 1918-ci ilin 8 Yanvarından 9 Yanvarına qədər.
Məcburi hərbi xidmət
Məcburi hərbi xidmət — Bəzi ölkələrdə, ölkə qanunlarına görə müəyyən yaşa çatan kişinin (və bəzən qadınlarında) məsuliyyət daşıdığı, müddəti qanunlarla müəyyən edilən dövlət xidməti. Avropanın iki vacib ölkəsi Fransa və Birləşmiş Krallıqda məcburi hərbi xidmət götürülmüşdür. Bu ölkələrdə hərbi xidmət professional olaraq tətbiq edilir. Və əsgərlərə aylıq maaş verilir. Almaniyada məcburi hərbi xidmət tətbiqetməsi 2011-ci ildə götürülmüşdür. Bu ölkədə götürülməmişdən əvvəl məcburi hərbi xidmət 3 ay idi. Hərbi xidmətə gələnlər, evlərinin yerləşdiyi şəhərdəki hərbi hissədə xidmət edib, şənbə və bazar günlərini evlərində keçirirdilər. Belçika və Hollandiyada məcburi hərbi xidmət götürülmüşdür. Yunanıstanda məcburi hərbi xidmətin götürülməsi düşünülür. İsraildə məcburi hərbi xidmət var.
Yanszı Xidmət Medalı
Yanszı Xidmət Medalı, ABŞ Hərbi Donanması və Amerika Dəniz Piyadaları (və daha az bir nisbətdə Amerika Ordusu üzvləri) üzvlərinə təqdimat üçün 1930-cu ildə qurulan ABŞ Silahlı Qüvvələri bir dekorasyasıdır. Yanszı Xidmət Medalı, Yantszı çayı vadisində, 3 sentyabr 1926 və 31 dekabr 1932 tarixləri arasında bölgədə ciddi bir qarışıqlıq dövründə verildi. Bəzəmə ayrıca, Yanszı çayı Vadisindəki geniş əməliyyatlarının (məsələn, Nanjing hadisəni) birbaşa dəstəkləndiyi halda, Şanxay, Çində daimi vəzifəsində olan hərbi xidmət üzvləri üçün verilə bilər. Yanszı Xidmət Medalı, 1940-cı ildə Çin Xidmət Medalı ilə dəyişdirildikdə köhnə halına gəldi. Çin ABŞ Nikaraqua Kampaniyası Medalı İkinci Nikaraqua Kampaniyası Medalı Şanxay "Yangtze Service Medal". History.navy.mil. Dəniz tarixi və İrsi Komandirliyi. Alındı 2012-03-24.
İnternet xidmət provayderi
İnternet xidmət provayderi (ing. Internet service provider, ISP) — internetə daxil olmaq, ondan istifadə və idarə etmək və ya orada iştirak etmək üçün xidmətlər göstərən təşkilat. ISP-lər müxtəlif formalarda təşkil edilə bilər. Məsələn, bu, kommersiya, icmaya məxsus, qeyri-kommersiya və ya başqa şəkildə özəl mülkiyyətə sahibdir. Adətən ISP-lər tərəfindən təmin edilən internet xidmətlərinə internetə çıxış, internet tranziti, domen adının qeydiyyatı, veb-hostinq, "Usenet" xidməti və kolokasiya daxil ola bilər. İnternet xidmət provayderi adətən istifadəçiyə internetdə mövcud olan hər şeyə çıxışı təmin edən giriş nöqtəsi və ya şlüz kimi xidmət edir. Belə bir şəbəkəni göz alma şəbəkəsi də adlandırmaq olar. İnternet (orijinal olaraq ARPAnet) dövlət tədqiqat laboratoriyaları və universitetlərin iştirakçı şöbələri arasında şəbəkə kimi hazırlanmışdır. Digər şirkətlər və təşkilatlar onurğa sütununa birbaşa əlaqə ilə, ya da digər əlaqəli şirkətlər vasitəsilə, bəzən UUCP kimi "dial-up" alətlərindən istifadə edərək qoşulurdular. 1980-ci illərin sonlarında internetdən kommersiya məqsədli istifadəsi baş tutmuşdur.